Nutellalı hörgü çörək

Nutellalı hörgü çörək

Ərzaqlar

  • 240 ml (1 su stəkanı) süd
  • 57 gr (1/4 su stəkanı) kərəyağ
  • 490 gr (3,5 su stəkanı) un
  • 50 gr (1/4 su stəkanı) şəkər
  • 1/2 yemək qaşığı duz
  • 2,5 yemək qaşığı quru maya
  • 1 kiçik banka (təqribi 3/4 su stəkanı) Nutella

Hazırlanması

  1. Əvvəlcə sobanızı  200 dərəcədə isidin.
  2. 10 dəqiqə sonra söndürün. (xəmiri sonda mayalanması üçün ilıq sobaya qoyacağıq.)
  3. qazana süd və kərəyağını tökün kərəyağ əriyəndə altını söndürün.
  4. qaba mayanı tökün və südlü qarışımı əlavə edin.
  5. qarışdırın və 10 dəqiqə maya şişməsini gözləyin.
  6. Başqa qabda unun 420 gr (3 su stəkanı) qədərini, duz və şəkəri birliktə qarışdırın.
  7. Mayalı südü qarışdıranda digər tərəfdən yavaş yavaş unlu qarışımı əlavə edin.
  8. Xəmir ələ yapışırsa unun qalanını (70 gr – 1/2 su stəkanı) da əlavə edin və yoğurmağa davam edin.
  9. Xəmiri nəm parça ilə örtün və 10 dəqiqə saxlayın.
  10. 10 dəqiqədən sonra xəmirin üzərini unlayın, oxlov ilə 4bucaq şəklində açın.
  11. Üzərinə Nutellanı töküb kənarlara qədər yayın və altdan yuxarıya doğru rulon edin.
  12. Soba qabına yağlı kağız sərin.
  13. Xəmiri qaba qoyun.
  14. Başından kəsməmək şərtiylə tam ortasından bıçaqla aşağıya doğru düzgün şəkildə kəsin.
  15. Bir sağa bir sola dolayaraq hörgü edin.
  16. sonda kəsmədiyiniz hissəni də kəsin və hörgüyə qatın.
  17. Soba qabını ilıq sobaya qoyun 25 dəqiqə saxladıqdan sonra sobanı 180 dərəcəyə qoyun.
  18. 20 dəqiqə bişdikdən sonra üzərinə pudra şəkəri səpin və servis edin.

Nuş olsun!

Nutellalı hörgü çörək çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10