
Nutellalı hörgü çörək
Ərzaqlar
- 240 ml (1 su stəkanı) süd
- 57 gr (1/4 su stəkanı) kərəyağ
- 490 gr (3,5 su stəkanı) un
- 50 gr (1/4 su stəkanı) şəkər
- 1/2 yemək qaşığı duz
- 2,5 yemək qaşığı quru maya
- 1 kiçik banka (təqribi 3/4 su stəkanı) Nutella
Hazırlanması
- Əvvəlcə sobanızı 200 dərəcədə isidin.
- 10 dəqiqə sonra söndürün. (xəmiri sonda mayalanması üçün ilıq sobaya qoyacağıq.)
- qazana süd və kərəyağını tökün kərəyağ əriyəndə altını söndürün.
- qaba mayanı tökün və südlü qarışımı əlavə edin.
- qarışdırın və 10 dəqiqə maya şişməsini gözləyin.
- Başqa qabda unun 420 gr (3 su stəkanı) qədərini, duz və şəkəri birliktə qarışdırın.
- Mayalı südü qarışdıranda digər tərəfdən yavaş yavaş unlu qarışımı əlavə edin.
- Xəmir ələ yapışırsa unun qalanını (70 gr – 1/2 su stəkanı) da əlavə edin və yoğurmağa davam edin.
- Xəmiri nəm parça ilə örtün və 10 dəqiqə saxlayın.
- 10 dəqiqədən sonra xəmirin üzərini unlayın, oxlov ilə 4bucaq şəklində açın.
- Üzərinə Nutellanı töküb kənarlara qədər yayın və altdan yuxarıya doğru rulon edin.
- Soba qabına yağlı kağız sərin.
- Xəmiri qaba qoyun.
- Başından kəsməmək şərtiylə tam ortasından bıçaqla aşağıya doğru düzgün şəkildə kəsin.
- Bir sağa bir sola dolayaraq hörgü edin.
- sonda kəsmədiyiniz hissəni də kəsin və hörgüyə qatın.
- Soba qabını ilıq sobaya qoyun 25 dəqiqə saxladıqdan sonra sobanı 180 dərəcəyə qoyun.
- 20 dəqiqə bişdikdən sonra üzərinə pudra şəkəri səpin və servis edin.
Nuş olsun!
Nutellalı hörgü çörək çətin hazırlanan şirniyyatdır.
ən son şərh