Nektarinli peçenye

Nektarinli peçenye

Ərzaqlar

  • 3-4 bərk nektarin (şaftalı növü)

     

  • 1 xörək q. limon şirəsi

     

  • 80 qram şəkər

     

  • 320 qram un

     

  • 1 xörək q. qabartma tozu

     

  • Bir çimdik duz

     

  • 150 qram kərə yağı

     

  • 150 qram xama

     

  • Bəzək üçün

     

  • Şəkər tozu

Hazırlanması

  1. Nektarinləri yuyun, qabığını soyun, tumlarını çıxardın və xırda kvadrat formasında doğrayın.
  2. Üzərinə 2 çay qaşığı şəkər və limon sokunu əlavə edin.
  3. Başqa qabda kərə yağını xırda-xırda doğrayın, üzərinə un, duz, şəkər və qabartmanı əlavə edin və  əllə yaxşı qarışdırın.
  4. Sonra hissə-hissə xamanı əlavə edib qarışdırn.
  5. Nektarinləri xəmirə qatın.

     

  6. Taxtanı unlayın və xəmiri 2 sm qalınlığında yayın.
  7. Stəkan ağzı və ya xüsusi peçenye forması ilə dairələr kəsin.
  8. Soba qabına yağlı kağız qoyun.
  9. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.
  10. Hazır olduqda soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!

Nektarinli peçenye şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10