nar bilərziyi

nar bilərziyi

“Nar Bilərziyi” Salatı (Qranatovıy Braslet)

Ərzaqlar

  • 3 ədəd yerkökü
  • 3 ədəd kartof
  • 2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
  • 3 ədəd yumurta
  • 1 stəkan qoz ləpəsi – xırda-xırda doğranmış
  • 2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
  • mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
  • duz
  • istot
  • nar dənələri (təxminən 1 iri nardan)

Hazırlanması

  1. Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.
    İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:
    Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.
    1. kartof
    2. mayonez (təxminən 2 x. qaşığı)
    3. çuğundurun yarısı
    4. mayonez

    nar bilərziyi1

    nar bilərziyi

    5. yerkökü
    6. mayonez
    7. qoz
    8. toyuğun yarısı
    9. mayonez
    10. yumurta
    11. mayonez
    12. qalan toyuq
    13. mayonez
    14. qalan çuğundur
    15. mayonez
    Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.

    Nuş olsun!

Hakkında:  Aleksandr Kuprinin Qranatovıy Brasletdir əsəsrinin çox maraqlı hekayəsi var. Düzü detalları yadımda deyil, amma hekayə Vera adlı bir xanımın ad günündə bir nəfərin ona məktubla bərabər göndərdiyi bilərzikdən başlayır. Bilərziyin üstü qranat daşı ilə bəzənmişdi.  Qranat daşın adıdır və əsl qranatın rəngi qırmızı olur, nar gilələri kimi. Daşın adı elə qranat, yəni nar sözündən gəlir. Qranatoviy Salat adı da məncə elə bu hekayədən gəlir.Düzü burada daş-qaş yerinə yeməli nar dənələri var, bu da ki mənə daş-qaşdan daha maraqlı gəlir:)  Olduqca ləzzətli salatdır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10