Nanəli, çiyələkli, limonlu buz

Nanəli, çiyələkli, limonlu buz

Ərzaqlar

  • 2 limon

     

  • 140 qram şəkər

     

  • 400 qram çiyələk

     

  • Nanə yarpağı

Hazırlanması

  1. Buzlu limon hazırlamaq üçün blendrdə  limonu qabıqlı halda şəkər və 500 qram su ilə çalın.
  2. 2 dəqiqə limonu pure halına qədər çalın.
  3. Alınmış pureni qaşıqla əzərək şirəsini balaca bir qaba tökün.
  4. Qalan pureni atın.
  5. 2 çay q. şirədən kənara bir qaba qoyub qalanını buz dolabında 4 saat saxlayın.
  6. Şirə donduqdan sonra onu yenidən blendrlə çalın və yenə buz dolabında 30 dəqiqə saxlayın.
  7. O bərkiyənə qədər çiyələkləri doğrayın.
  8. Nanə yarpağını xırdalayın.
  9. Sonra çiyələyə xırdalanmış nanə yarpağını  və 2 çay q. limon şirəsini qatın.
  10. Limon buzunu qaşıqla nimçəyə qoyub nanəli çiyələk ilə servis edə bilərsiniz.

Nuş olsun!

Nanəli, çiyələkli, limonlu buz şirniyyatı yay mövsümünün əvəzolunmazıdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10