naneli badimcan salati

naneli badimcan salati

Nanəli Badımcan Salatı

Ərzaqlar

4 pay üçün nəzərdə tutulub

  • 1 kilo yarım badımcan
  • yarım stəkan zeytun yağı, qızartmaq üçün
  • təxminən 2 stəkan qatıq
  • 2 diş sarımsaq – əzilmiş
  • zövqə görə doğranmış təzə nanə və ya quru nanə
  • zövqə görə duz

QEYD: Qatıq, sarımsaq və nanənin miqdarını zövgə görə azaldıb artıra bilərsiniz.

Hazırlanması

  1. Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq qalınlığında). Acısını çıxartmaq üçün badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun,  yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın sonra suyunu sıxın.
  2. Badımcanı qızğın yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun.
  3. Bir qədər soyuduğunda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin.

Hakkında:  Olduqca yüngül və ləzzətli salatdır. Orijinal reseptdə turşu xiyar var, amma siz həm təzə, həm turşu xiyar əlavə edəbilərsiniz. Çox asan salatlardan sayılan göbələkli yay salatı həmdə çox faydalıdır və diyetikdir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10