Nağilsayaği Çiyələkli Rulet

Nağilsayaği Çiyələkli Rulet

Ərzaqlar

  • Biskvit üçün
  • 4 yumurta
  • 100 qram şəkər
  • 20 qram kakao tozu
  • 1 paket qabartma tozu
  • 100 qram un
  • İçlik
  • 600 qram çiyələk
  • 250 qram 33 %-li qaymaq
  • 1 paket vanil
  • 1 su stəkanı cem

Hazırlanması

  1. Yumurtanı şəkərlə mikserlə çalın.
  2. Una kakao və qabartmanı qatın və yumurtaya əlavə edib qarışdırın.
  3. 30-40 sm ölçülü soba qabına qida kağızı qoyun və əvvəlcədən qızdırılmış 180 dərəcə sobada 10 dəqiqə bişirin.
  4. 3-4 çiyələk saxlamaq şərti ilə qalanlarını 3-4 hissəyə bölün.
  5. Çay dəsmalını nəm edin və biskviti onun üstünə qoyub rulet formasında dəsmal ilə birlikdə büküb kənara qoyun.
  6. Qaymağı şəkərlə mikserlə çalın. Üzərinə çəkmək üçün bir hissəsini kənara qoyun.
  7. Soyumuş bistvitin üzərinə cem çəkin və qaymağı, sonra da çiyələkləri yayın.
  8. Dəsmalın köməyi ilə biskviti ynidən rulet formasınfa bükün.
  9. Üzərinə qaymaqlı qarışıqdan çəkin və bütöv çiyələklə bəzəyin.

Nuş Olsun!

Nağılsayağı çiyələkli rulet çox yüngül və tez hazırlanan şirniyyat növündən biridir.

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10