Nəfis sırnik

Ərzaqlar

  • Tərkibi:
  • 500 qram kəsmik
  • 4 yumurta
  • 200 qram şəkər
  • 130 qram kərə yağı
  • 1 limon qabığı
  • 30 qram kişmiş
  • 1 xörək qaşığı mannı yarması
  • 3 xörək qaşığı xama
  • 2 xörək qaşığı kakao

Hazırlanması

  1. Kəsmiyi aşsüzəndən keçirdin.
  2. Yumurta sarısın şəkərlə mikserlə çalın. Üzərinə mannı yarmasın əlavə edin.
  3. Limonun qabığın sürtgəcdən keçirdin və yumurta sarısına əlavə edin.
  4. Kərə yağından 30 qram qlazur üçün kənara qoyun. Qalan yağı və kişmişi yumurta sarısına əlavə edin.
  5. Yumurta ağın başqa qabda şişənədək mikserlə çalın. Kəsmiyi və yumurta ağın yumurta sarısına əlavə edin.
  6. Soba qabına perqament kağız qoyun və alınmış kütləni qaba əlavə edin.
  7. Qlazuru hazırlamaq üçün 30 qram yağı 2 xörək qaşığı şəkər ilə aşağı temperaturda qazda əridin. Üzərinə xamanı, kakaonu əlavə edin. Qaynamaq isdəyənədək qazda qarışdırın.
  8. Əvvələdən 180 dərəcə qızdırılnış sobada 40-50 dəqiqə bişirin.
  9. Hazır olduqda isdi halda üzərinə qlazuru tökün.
  10. 1 sutka soyuducuda saxladıqdan sonra serviz edə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10