Multivarkada hazırlanan prajiski tort

Ərzaqlar

  • Tərkibi:
  • 2 yumurta
  • 1 banka qaynadılmış süd
  • 200 qram un
  • ½ paket qabartma tozu
  • 3 xörək qaşığı kakao
  • ½ paket vanil
  • Krem üçün:
  • 4 xörək qaşığı un
  • 4 xörək qaşığı kakao
  • 400 qram süd
  • 1 yumurta
  • 300 qram şəkər tozu
  • 200 qram kərə yağı

Hazırlanması

  1. Yumurtanı mikserlə çalın və qaynadılmış südü əlavə edib çalmağa davam edin. Una kakao, qabartma tozu və vanili qatın və yumurtaya əlavə edin.
  2. Multivarkanın qabını unlayıb yağlayın və xəmiri ora əlavə edin.
  3. 1 saat bişmə rejiminə qoyun.
  4. Kremi hazırlamaq üçün bir qab götürün şəkər tozunu yumurta ilə çalın. Üzərinə unu əlavə edin.
  5. Yaxşı qarışdırdıqdan sonra südü əlavə edin.
  6. Qazda aşağı odda qarışdıra-qarışdıra 200 qram da südü əlavə edin və qatılaşanadək bişirin.
  7. Köpüklər əmələ gələndə kənara qoyun. Soyuduqdan sonra yağ və kakao əlavə edib qarışdırın.
  8. Soyumuş xəmiri 3 hissəyə bölün və korjların hər tərəfini kremləyib üst üstə yığın.
  9. Üsdünə zövqə görə kakao zəpə bilərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10