
Mozaik tort
Ərzaqlar
- 2 paket peçenye
- 1 su stəkanı süd
- 3 yemək qaşığı kakao
- 100 qram qara şokolad
- 125 qram kərəyağı ya da marqarin
- 3 yemək qaşığı şəkər
- Yarım su stəkanı fındıq/fıstıq
Hazırlanması
- Kərəyağını geniş bir tavaya qoyub, əridək, sonra südü və kakonu əlavə edərək qarıştırıb qaynadaq.
- Qaynadıqdan sonra şəkəri töküb qarışdıraq.
- Qaynayan qarışıma tünd şokoladı əlavə edək.
- Tavanı qazdan götürək. Şokoladın əriməsini gözləyək. Daha sonra yenə qarışşdıraraq soyumağa qoyaq.
- dərin bir qaba peçenyeləri qıraq.
- Çox xırda olmamasına fikir verək. Üzərinə şokoladlı qarışımı tökək.
- Quru yemişləri də əlavə edərək əzmədən qarışdıraq.
- Streç salaq, üzərinə qarışımı əlavə edək, əllərimizlə yanlardan sıxıb piramida şəklinə salaq. Yenə streçlə bağlayaq.soyuducuda 3 saat saxlayaq.
Nuş olsun!
Haqqında: mozaik tort asan olmayan hazırlanan şirniyyatdır.
ən son şərh