
Moruqlu sorbe
Ərzaqlar
- 240 ml (1 su stəkanı) su
- 200 gr (1 su stəkanı) şəkər
- 670 gr təzə moruq (donmuş istifadə edəcəyik. Moruğun suyunu istifadə etməyin)
- Yarım limonun suyu
- 1 yemək qaşığı vanil
Hazırlanması
- qazana su və şəkəri tökün, qaşıqla qarışdırın və yüksək temperaturda qaynayıb şəkər əriyənə qədər saxlayın.
- Şəkər içində əriyəndə söndürün və tamam soyumasını gözləyin.
- Soyuduqdan sonra blenderda moruqları, hazırladığınız qarışıq, limon suyu və vanili çəkin.
- süzgəclə süzərək bir qaba alın və qarışımın üzərinə streç bağlayın soyuducuya qoyun.
- Tamam donanda çıxarın və bıçaqla kiçik kiçik kəsərək yenə blenderdən çəkin.
- yenə streçlə bağlayıb soyuducuya qoyun.
- 2 ay qədər soyuducuda saxlaya bilərsiniz
Nuş olsun!
Moruqlu sorbe asan hazırlanan ləzzətdir.
ən son şərh