Moruqlu piroq
Ərzaqlar
- Tərkibi:
- 180 qram kərə yağı
- 280 qram un
- ½ paket qabartma tozu
- 100 qram şəkər
- 1 yumurta
- İçlik üçün:
- 400 qram 20-30%-li xama
- 100 qram şəkər
- 4 yumurta
- 2 xörək qaşığı un
- 200 qram moruq
- 200 qram xama
- 3 xörək qaşığı şəkər
Hazırlanması
- Bir qab götürün və un qabartma tozu və vanili qarışdırın.
- Yağı sürtgəcdən keçirdin una qatın.
- 1 yumurta una əlavə edin və xəmiri hazırlayın.
- Əgər xəmir ovulursa 1-2 qaşıq ilığ su əlavə edib hazırlaya bilərsininz. Yumşaq xəmir alınmalıdır.
- Soba qabını yağlayın və xəmiri qaba elə yerləşdirin ki yanları hündür alınsın.
- 30 dəqiqə soyuducuda saxlayın.
- İçliyi hazırlamaq üçün yumurta və şəkəri mikserlə çalın.
- Üzərinə xama və unu əlavə idin.
- Soyuducudan soba qabını götürün və xəmirin üzərinə moruq və isdədiyininz başqa giləmeyvəni əlavə edə bilərsiniz.
- Üzərinə xamalı içliyi tökün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirin.
Nuş Olsun!
ən son şərh