
Moruqlu almalı sufle
Ərzaqlar
- 225 qram alma
- 50 qram moruq (dondurulmuş da ola bilər)
- 100 qram şəkər tozu
- 4 yumurta ağı
- Bəzək üçün:
- 50 qram şəkər tozu
- 50 qram giləmeyvə
Hazırlanması
- Almaları yuyun, qabıqlarını təmizləyin və doğrayın.
- Bir qazana qoyub üstünə 2 xörək q. su tökün.
- Üstünü qapaqla bağlayıb 15 dəqiqə odda yumşalana qədər bişirin.
- Isti halda üstünə moruq töküb qarışığı çalın.
- Kənara soyumağa qoyun.
- Yumurta ağını bərkiyənə qədər mikserlə çalın, 100 q. şəkər tozu əlavə edin.
- Almalı moruqlu qarışığı yumurta ağının üstünə tökün.
- 4 keks formasını yağlayın və şəkər tozunu qablara elə səpin ki, divarlarına da hopsun.
- Sonra alınmış qarışığı qablara bölüşdürün.
- Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 12-15 dəqiqə sufle qəhvəyi rəng alana qədər bişirin.
- Soyuduqdan sonra üzərinə şəkər tozu səpin, giləmeyvə ilə bəzəyin.
Nuş olsun!
Moruqlu almalı sufle şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.
ən son şərh