Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)

Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)

Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)

Ərzaqlar:

  • 700 g göbələk (istədiyiniz növ ola bilər, və ya bir neçə növün qarışığı)
  • 5 xörək qaşığı günəbaxan yağı və yaxud zeytun yağı
  • bir xörək qaşığı yarım limon suyu
  • 1 ədəd iri soğan – iri-iri doğrayın
  • 1 ədəd qırmızı Bolqar bibəri – kubiklərə doğrayın
  • 3 ədəd iri yetişmiş pomidor – qabığını soyun, dənələrini çıxardın, iri-iri doğrayın
  • 2 diş sarımsaq – doğrayın
  • 1 çay qaşığıl şirin qırmızı bibər tozu (paprika)
  • bir çay qaşığının ucunda quru kəkliotu
  • yarım çay qaşığı cirə
  • 2 çay qaşığı un
  • 3/4 stəkan (bir stəkandan bir az az) ağ şərab
  • duz
  • istiot
  • 3 xörək qaşığı xırda-xırda doğranmış cəfəri


Hazırlanması:

  1. Göbələklərin papaqlarını “ayaqlarından” ayırıb, papaqlarını nəm tənziflə təmizləyin. Nə çox nazik, nə də ki çox qalın dilimləyin.
  2. Göbələklərin “ayaqları” çox qalın və bərk deyilsə, onları da doğrayınb istifadə edə  bilərsiniz.
  3. İri tavada 4 qaşıq yağı qızdırın. Göbələyi əlavə edib, tez-tez qarışdıra-qarışdıra 7 dəqiqə bişirin. Üstünə limon suyu töküb, tavanı kənara çəkin.
  4. Qalan yağı dibi qalın qazanda orta odda qızdırın. Soğan və bibərləri əlavə edib, soğanın rəngi  bir az saralanadək bişirin, təxminən 7-8 dəqiqə.
  5. Pomidor, sarımsaq, bibər tozu, kəklikotu və cirəni əlavə edib, tez-tez qarışdıra-qarışdıra 3-4 dəqiqə bişirin.
  6. Qazı vam oda gətirin. Qazana unu və şərabı əlavə edib, qarışdırın. Zövgə görə duz, istiot əlavə edin. Vam odda qapağı örtülü halda 12-15 dəqiqə bişirin.
  7. Sonra isə qazana kənardakı göbələyi də əlavə edib, 10 dəqiqə də bişirin. Üstünə cəfəri səpib, süfrəyə verin. 

Nuş Olsun!

Hakkında:  Tokana Moldaviyanın məşhur yeməklərindən  biridir. Ənənəvi olaraq, tokana mamalıqa adlanan qarğıdalı əzməsi ilə yeyilir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10