
Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)
Moldaviya Üsulu Göbələk Yeməyi (Tokana)
Ərzaqlar:
- 700 g göbələk (istədiyiniz növ ola bilər, və ya bir neçə növün qarışığı)
- 5 xörək qaşığı günəbaxan yağı və yaxud zeytun yağı
- bir xörək qaşığı yarım limon suyu
- 1 ədəd iri soğan – iri-iri doğrayın
- 1 ədəd qırmızı Bolqar bibəri – kubiklərə doğrayın
- 3 ədəd iri yetişmiş pomidor – qabığını soyun, dənələrini çıxardın, iri-iri doğrayın
- 2 diş sarımsaq – doğrayın
- 1 çay qaşığıl şirin qırmızı bibər tozu (paprika)
- bir çay qaşığının ucunda quru kəkliotu
- yarım çay qaşığı cirə
- 2 çay qaşığı un
- 3/4 stəkan (bir stəkandan bir az az) ağ şərab
- duz
- istiot
- 3 xörək qaşığı xırda-xırda doğranmış cəfəri
Hazırlanması:
- Göbələklərin papaqlarını “ayaqlarından” ayırıb, papaqlarını nəm tənziflə təmizləyin. Nə çox nazik, nə də ki çox qalın dilimləyin.
- Göbələklərin “ayaqları” çox qalın və bərk deyilsə, onları da doğrayınb istifadə edə bilərsiniz.
- İri tavada 4 qaşıq yağı qızdırın. Göbələyi əlavə edib, tez-tez qarışdıra-qarışdıra 7 dəqiqə bişirin. Üstünə limon suyu töküb, tavanı kənara çəkin.
- Qalan yağı dibi qalın qazanda orta odda qızdırın. Soğan və bibərləri əlavə edib, soğanın rəngi bir az saralanadək bişirin, təxminən 7-8 dəqiqə.
- Pomidor, sarımsaq, bibər tozu, kəklikotu və cirəni əlavə edib, tez-tez qarışdıra-qarışdıra 3-4 dəqiqə bişirin.
- Qazı vam oda gətirin. Qazana unu və şərabı əlavə edib, qarışdırın. Zövgə görə duz, istiot əlavə edin. Vam odda qapağı örtülü halda 12-15 dəqiqə bişirin.
- Sonra isə qazana kənardakı göbələyi də əlavə edib, 10 dəqiqə də bişirin. Üstünə cəfəri səpib, süfrəyə verin.
Nuş Olsun!
Hakkında: Tokana Moldaviyanın məşhur yeməklərindən biridir. Ənənəvi olaraq, tokana mamalıqa adlanan qarğıdalı əzməsi ilə yeyilir.
ən son şərh