
Miqas
Miqas
Ərzaqlar:
- qırmızı bolqar bibəri – ½ ədəd
- yaşıl bolqar bibəri – ½ ədəd
- çorizo kolbasası – 2 ədəd
- fransız bageti (uzun baton çörək) – 1 ədəd
- sarımsaq – 2 diş
- zeytun yağı – 50 ml
- duz, istiot – zövqə görə
- qırmızı soğan – 1 ədəd
Hazırlanması:
- Çörəyi ovun, üzərinə bolluca su çiləyib kənara qoyun.
- Qırmızı və yaşıl bibəri təmizləyib zolaq-zolaq doğrayın.
- Çorizonu halqa-halqa doğrayın (çorizonu istənilən hisə verilmiş kolbasa ilə əvəz etmək olar).
- Soğanı yarımhalqa formada doğrayın.
- Zeytun yağını tavada qızdırıb bütün ərzaqları hazır olana kimi qızardın (soğan və bibər xırçıldamalıdır).
- Ərzaqları tavadan çıxardıb, tavaya azca yağ tökün, əzilmiş sarımsağı yağa əlavə edin. Çörək qırıntılarını da yeməyə əlavə edib orta alovda su buxarlanana kimi qızardın.
- Çorizonu tavaya qaytarıb, qarışdırıb süfrəyə verin.
Nuş olsun!
Hakkında: Miqas — İspaniya mətbəxinin ənənəvi yeməyidir. Halhaırda miqas İspanrestoranlarında çox debli menyulara daxil edilir.
ən son şərh