Mineral sulu şokoladlı keks

Ərzaqlar

  • Tərkibi:
  • 180 qram qazlı su
  • 30 qram kakao tozu
  • 180 qram duru yağ
  • 200 qram un
  • 150 qram qoz
  • ½ paket qabartma tozu
  • ½ paket vanil
  • 300 qram şəkər
  • 5 yumurta
  • Qlazur üçün:
  • 200 qram qara şokolad
  • 100 qram qaymağ
  • 50 qram kərə yağı

Hazırlanması

  1. Yumurtanı şəkərlə mikserlə çalın.
  2. Üzərinə duru yağı əlavə edin.
  3. Qozu xırda formada doğrayın.
  4. Un, kakao, qoz, qabartma tozu, vanili qarışdırın və yumurtaya əlavə edin.
  5. Sonda qazlı suyu xəmirə əlavə edin.
  6. Düzbucaq formasında olan soba qabına perqament kağız qoyun.
  7. Əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1, 5 saat bişirin.
  8. Sobadan çıxardıb qabı üzüaşağı fırladıb keksi qabdan çıxardın.
  9. Qlazuru hazırlamaq üçün şokolad, qaymağ və yağı bir qabda qarışdırın və qazda yağ əriyənədək aşağı temperaturda qarışdırın.
  10. Keks soyuduqdan sonra üsdünə tökün.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10