Mimoza Salatı

Mimoza Salatı

Ərzaqlar:

  • 450 qram dərisiz və sümüksüz toyuğun döş əti
  • 1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
  • 1/2 stəkan xırda doğranmış qoz ləpəsi
  • 3 ədəd orta boy kartof
  • 2 ədəd yumurta
  • 3 ədəd orta boy yerkökü
  • zövqə görə duz
  • 6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
  • rəndələnmiş Holland pendiri

Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə,  duzlu siyənək balığından  (rusca: selyodka) istifadə edin.

Hazırlanması:

  1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
  2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
  3.  Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
    toyuq ətinin yarısı
    xama-mayonez qarışığı
    qozun yarısı
    kartofun yarısı
    duz
    xama-mayonez qarışığı
    yumurtaların yarısı
    duz
    yerkökünün yarısı
    xama-mayonez qarışığı
    Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.
  4.  Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoyuram).

Nuş Olsun!

Hakkında:  Yüngül sayılan salatlardan biri “mimoza” Rus mətbəxinə aiddir. Bi salatı Rusyada uşaqdan böyüyə hərkəs sevir. Hazırlanmasıda çox asandır.

 

One Comment

  1. Bernideonry says:

    Ellerinize salig

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10