Meyvəli tort-jele

Meyvəli tort-jele

Ərzaqlar

  • 2 kq təzə meyvə

     

  • 30 qram jelatin

     

  • 2 dənə meyvə jelesi

     

  • Şəkər zövqə görə

     

  • ¼ çay q. qida boyayıcı

Hazırlanması

  1. Jelatin və meyvə jelesini üzərində yazıldığı qədər su ilə isladın və şişməyini gözləyin.
  2. Qazana 2 litr su tökün, üstünə şişmiş jelatin və jeleni, şəkər zövqə görə,  qida boyayıcı əlavə edin və qaynayana qədər gözləyin.
  3. Qaynamamalıdır.
  4. Otaq temperaturunda soyudun.

     

  5. Meyvələri yuyun, qurudun, və dilim formasında doğrayın.
  6. Tort-jele hazırlayacağınız qaba yanları hndür olmaq şərti ilə bir qat 1 neçə qaşıq jele tökün. (təxminən 1 sm qalınlığında)
  7. 10 dəqiqə buz dolabında saxlayın.
  8. Donmuş jelenin üstnə meyvələrdə 1 qat düzün.
  9. Yenə üstünə jelü tökün və buz dolabına qoyun.
  10. Bu prosesi bütün meyvələrin üstü jele ilə tutulanadək davam edin.
  11. 1 neçə saat soyuducuda saxlayın.
  12. Servis etməzdən əvvəl qabı qaynar suya salıb çıxardın və tez nimçəyə əyib boşaldın.

Nuş olsun!

Meyvəli tort-jele şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10