Meyvəli xamalı piroq

Ərzaqlar

  • Tərkibi:
  • 2 yumurta
  • 1 su stəkanı şəkər
  • 200 qram xama
  • ½ su stəkanı duru yağ
  • 2 su stəkanı un
  • ½ paket qabartma tozu
  • 1 paket vanil
  • 400-500 qram giləmeyvə
  • 1 xörək qaşığı nişasta

Hazırlanması

  1. Yumurta, vanil və şəkəri mikserlə çalın.
  2. Üzərinə xama və duru yağı əlavə edin.
  3. Unla qabartma tozun qarışdırın və yumurtalı qarışığa əlavə edin.
  4. 22 sm ölçülü soba qabına perqament kağız qoyun və xəmirin yarısın qaba əlavə edin.
  5. Giləmeyvəni nişasta ilə qarışdırın və çox hissəsin xəmirin üsdünə tökün.
  6. Üzərinə qalan xəmiri tökün.
  7. Qalan göləmeyvəni xəmirin üsdünə yayın.
  8. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.
  9. Bişdikdən sonra üzərinə şəkər pudrası səpə blərsiniz.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10