Meyvəli piroq
Ərzaqlar
- Tərkibi:
- 4 yumurta
- 200 qram şəkər
- 120 qram un
- 40 qram nişasta
- ½ paket qabartma tozu
- 6 qram jelatin
- 500 qram yağsız kəsmik
- 1 limon
- 100 qram qaymağ
- 750 qram mövsümə uyğun meyvə və giləmeyvə
Hazırlanması
- Sobanı əvvəlcədən 180 dərəcə qızdırın.
- Yumurta ağın sarıdan ayırın.
- Yumurta sarısın 4 xörək qaşığı ilığ su ilə mikserlə çalın.
- 160 qram şəkəri əlavə edib çalmağa davam edin. Yumurta ağın da mikserlə köpük halınadək çalın və üzərinə əalvə edin.
- Unu nişasta, qabartma tozu ilə qarışdırıb yumurtalı qarışığa əlavə edib və taxta qaşıq ilə qarışdırın.
- Soba qabın yağlayın və xəmiri ora yayın. 15 dəqiqə sobada bişirin.
- İçliyi hazırlamaq üçün jelatini soyuq suda qarışdırın.
- Limonun qabığın sürtgəcdən keçridin.
- Kəsmiyi qalan şəkər və limon qabığı ilə qarışdıırın.
- Jelatini kəsmiyə qatın və kəsmikli qarışığı 30 dəqiqə soyuducuya qoyun.
- Qaymağı çalın və içliyə əlavə edin.
- İçliyi xəmirin üsdünə yayın.
- İsdədiyiniz meyvəni tumdan təmizləyin, lazımdırsa qabığın soyun.
- Xəmiri təxminən 12 hissəyə bölün və hər hissənin üzərinə meyvələri yığın.
- 1 saat soyuducuda saxlayın.
Nuş Olsun!
ən son şərh