Meyvə qurusu ilə piroq

Ərzaqlar

  • Tərkibi:
  • 260 qram un
  • 1 yumurta
  • 90 qram kərə yağı
  • 150 qram şəkər
  • ½ paket qabartma tozu
  • ½paket  vanil
  • İçlik üçün:
  • 200 qram qaysı qurusu
  • 150 qram şəkər
  • 1 xörək qaşığı şəkər pudrası

Hazırlanması

  1. Un şəkər və qabartmanı bir qabda qarışdırın.
  2. Üzərinə yumurta və yumşaldılmış yağı əlavə edib xəmiri hazırlayın.
  3. 30 dəqiqə soyuducuda saxlayın.
  4. Qaysı qurusunu bir qabda yuyun üzərinə suyu ülə tökün ki, üsdünü örtsün.
  5. Qazın üsdünə qoyub qarışdırın. Suyu qaynadıqdan10-15 dəqiqə sonra bişirin.
  6. Kənara qoyub suyun boşaldın və blendrlə xırdalayın.
  7. Üzərinə şəkər əlavə edin qarışdırın.
  8. Xəmiri iki hissəyə bölün. Katalka ilə xəmiri 3 millimetr hündürlüyündə yayın.
  9. Yanları hündür olan soba qabına xəmiri elə yerləşdirin ki qabın yanların örtsün.
  10. Üzərinı içliyi yayın.
  11. Xəmirin qalan hissəsini yayın 1 sm ölcüdə zolaq formasında kəsib içliyin üsdünə düzün.
  12. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 40-45 dəqiqə bişirin.
  13. Hazır olduqda üzərinə şəkər pudrası səpin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10