Mayonezli Toyuqlu Çörək

Mayonezli Toyuqlu Çörək

Mayonezli Toyuqlu Çörək

Ərzaqlar:

  • 1 ədəd qara və ya ağ çörək
  • 1 ədəd portağal
  • 2 ədəd toyuq sinə filesi
  • 1 çay qaşığı keşniş
  • 1 stəkan mayonez
  • 1 çay qaşığı köri
  • 3 dənə nanə

Hazırlanması:

  1. Çörəyin üzərini kəsərək qapaq şəklində çıxarın. İçini boşaldın.
  2. Toyuq sinəsini qaynadıb, soyutduqdan sonra iri parçalara ayırın.
  3. Portağalın qabığını ağ hissəsilə birlikdə kəsərək soyun. Dilimlədiktən sonra pərdələrini çıxarın.
  4. Mayonez, köri, keşniş və toyuq parçalarını qarışdırın. Hazırladığınız toyuqlu qarışığı çörəyin içinə doldurduqdan sonra, portağal dilimləri və təzə nanə yarpaqları ilə bəzəyin.
  5. Üzərini qapaq kimi çıxardığınız çörəklə bağlayın, alüminium folyoya sarın. Soyuducuda 2 saat gözlətdikdən sonra süfrəyə təqdim edin.

Hakkında: Asan və ləziz xörəklərdən olan bu yemək damaq dadınıza uyğun olacaq.
Nuş Olsun!

 

2 Comments

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10