
Marmalatlı tartolet
Ərzaqlar
- 2 su stəkanı un
- 150 gram yumşalmış margarin
- 1 ədəd yumurta
- 1 qəhvə fincanı pudra şəkəri
- 1 qəhvə qaşığı qabartma tozu
- 1 qəhvə qaşığı vanil
- Rəndələnmiş limon qabığı
- Mürəbbə ya da marmalat
- Üzəri üçün:
- 1 su stəkanı qoz
- Yarım su stəkanı pudra şəkəri
- 2 ədəd yumurta
- 1 paket vanil
- Rəndələnmiş limon qabığı
Hazırlanması
- Margarin və pudra şəkər yoğrulur.
- Yumurta, vanil və rəndələnmiş limon qabığını əlavə edib yoğurun.
- Sonra ələnmiş unu və qabartma tozunu əlavə edib çox qatı olmayan bir xəmir əldə edin.
- Üzəri üçün qozu, pudra şəkərini, yumurtanı, vanili və rəndələnmiş limon qabığını blenderdən keçirin.
- Yağlanmış tartolet qablarının dibinə xəmirdən kiçik hissələr döşəyin.
- Ortasına mürəbbə ya da marmalad qoyun.
- Marmaladların üstünə bir yemək qaşığı soustan tökün.
- 170 dərəcəli sobada 20 dəqiqə bişirin.
Nuş olsun!
Marmalatlı tartolet şokoladlı şirniyyatdır.
ən son şərh