Marinadlı Ballı Hinduşka

Marinadlı Ballı Hinduşka

Marinadlı Ballı Hinduşka

Ərzaqlar

  • 1 kq hinduşkanın döş əti (sümüksüz və dərisiz)

    Marinad:

  • 3 st. su
  • 2 x.q. iri duz
  • 2 x.q. qəhvəyi şəkər tozu
  • 1 ç.q. qara dənəvər istiot
  • 2 dəfnə yarpağı

    Qlazur üçün:

  • 2 x.q. duru bal
  • 2 x.q. zeytun yağı
  • 1 x.q. soya sousu
  • 1 x.q. şirin paprika
  • 1 ç.q. istiot qarışığı (qara, çili, kayen)

Hazırlanması

  1. Hinduşkanın döş ətini qığırdaq, piy və pərdədən təmizləyin.
  2. Marinadın ərzaqlarını qarışdırın. Hinduşka ətini içinə qoyun. Plyonkaya büküb, yaxud qabın ağzını qapaqla örtüb 24 saat soyuducuda saxlayın.
  3. İkinci gün: hinduşka ətini qurudun. Qlazur üçün olan ərzaqları qarışdırın (içinə sarımsaq da əzib qata bilərsiniz), ətin üzərinə çəkin. Əti rulet kimi bükün, kulinar ipiylə bağlayın. Qlazurda 3-4 saat (ən gözəli isə 24 saat saxlayın).
  4. Üçüncü mərhələ: tavanın içinə folqa döşəyin, ruletlərini içinə qoyun və 160 dərəcə qızdırılmış sobanın orta gözünə qoyun. 1 saat bişirin. Arada iki dəfə çıxarıb şirəsini üstünə gəzdirin.
  5. 1 saat sonra dərəcəni 180-dək artırın. Ruletlər olan sinini sobanın yuxarı gözünə qoyun. Daha 15 dəqiqə bişəndən sonra hazırdır.
  6. Azca dinləndirin. Doğrayıb boşqablara yığın.

Hakkında:  Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır. Nuş olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10