manqal salati

manqal salati

Manqal Salatı

Ingredients

  • badımcan – 2 ədəd
  • pomidor – 3 ədəd
  • bolqar bibəri – 1 ədəd
  • soğan – 1 baş
  • cəfəri – 1 dəstə
  • reyhan (yaşıl və bənövşəyi) – 1 dəstə
  • duz, istiot – zövqə görə
  • zeytun yağı – zövqə görə
  • sarımsaq – zövqə görə (olmasa da olar)
  • Qeyd: Hiss iyi bu salatın özəl xüsusiyyətlərindəndir.

Hazırlanması

  1. Badımcan, pomidor və bibəri kabab edin (tez-tez çevirə-çevirə açıq alovda bişirin). Bişmiş badımcanı soyuyana kimi soyuq və çox duzlu suda saxlayın. Ehtiyatla qabığını soyun. Qaba dikinə söykəyin ki, acı suyu axsın. Badımcanları iri dördbucaq formasında doğrayın. Pomidorların və bibərin qabığını soyun. Pomidor, soğan, bibər, cəfəri, reyhan və sarımsağı doğrayın. İstəkdən asılı olaraq salata acı bibər, şüyüd, nanə və s. qatmaq olar. Sonda duz, istiot və zeytun yağı əlavə edib qarışdırın. Çox yüngül və dadlı salatdır.

Nuş olsun!

Hakkında:  Əsasən türklərin istifadə ettiyi və sevdiyi salatdir. Bu salat adətən kabab bişiriləndə yeyilir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10