Mannılı Quş Südü Tortu

Ərzaqlar

Tərkibi:

  • 200 qram kərə yağl və ya marqarin
  • 4 ədəd yumurta
  • 150 qram un
  • 200 qram şəkər
  • 2 çay qaşığı kakao
  • ½ paket qabartma tozu
  • ½ paket vanil

Krem üçün:

  • 2 xörək qaşığı mannı yarması
  • 0,5 litr süd
  • 200 qram kərə yağı
  • 150 qram şəkər
  • 1 limon şirəsi
  • ½ paket vanil

Qlazur üçün:

  • 15 qram kərə yağı
  • 3 xörək qaşığı şəkər
  • 3 xörək qaşığı xama
  • 3 xörək qaşığı kakao

Hazırlanması

  1. Yumurta və şəkəri mikserlə çalın. Üzərinə yağı əlavə edib çalmağa davam edin.
  2. Qabartma tozu, vanili unla qarışdırın və yumurtaya əlavə edin.
  3. Alınmış kütləni 2 hissəyə bölün və birinə kakao qatın.
  4. Soba qabına perqament kağız qoyun və ağ və kakaolu xəmiri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
  5. Bismiş biskviti də 2 hissəyə bölün.
  6. Kremi hazırlamaq üçün südü qazda isidin və manını əlavə edib qarışdıra-qarışdıra mannı bişirin. Kənara qoyun ki soyusun.
  7. Yağı şəkər və vanillə çalın. Üzərinə mannını əlavə edin.
  8. Sonda limon şirəsin kremə əlavə edin.
  9. Qlazuru hazırlamaq üçün qeyd etdiyimiz ərzaqları qarışdırın və qaynayanadək qazda qarışdırın.
  10. Tortu hazırlamaq üçün 1-ci kakaolu sonra ağ biskvit olmaq şərti ilə kremləyib üst-üstə düzün. Üzərinə qlazuru tökün.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10