
makaronlu toyuq
Makaronlu Toyuq
Ərzaqlar
- Makaron
- toyuğun döş əti
- doğranmış göbələk
- Pomidor (1)
- Soğan (1)
- xama (2x.q)
- un (2ç.q)
- Su (2 st)
Hazırlanması
- Əvvəlcə makaronları suda bişiririk.
- Sonra toyuğun döş ətini uzun-uzun doğrayıb yağda qızardırıq.
- Sobanın qabına əvvəlcə makaronun yarısını tökürük, sonra toyuq ətini üzərinə düzürük.
- Ayrıca bir tavada göbələkli sous bişiririk.
-
Göbələkli sousun bişirilmə qaydası: Soğan nazik uzun doğranır və göbələklərlə birlikdə yağda qızardılır.
- (Dogranmış hazır satılan turşu göbələkdən istifadə etmək olar. Əvvəlcə suda yuyun ki, turşuluğu çıxsın) qızardıqdan sonra üzərinə un əlavə edib qovururuq.
- Pomidoru xırda-xırda doğrayıb üzərinə əlavə edirik. Sonra su, duz zövqə görə istiot vurub bişiririk.
-
Sous bişdikdən sonra soba tavamıza əlavə edirik, üstündən makaronları tökürük və bir də üzərini sousla örtürük.
- Ən sonda holland pendirini surtgəcdən keçirib yeməyimizə qatırıq və sobaya yerləşdiririk.
Hakkında: Çox ləziz və damaq dadınıza uyğunolacaq yeməklərdəndir.
Nuş Olsun!
ən son şərh