mərakes noxud salati

mərakes noxud salati

Mərakeş Noxud Salatı

Ərzaqlar

  • 1 1/4 fincan noxud, gecədən soyuq suda isladılır
  • 1 orta boylu qırmızı soğan, ikiyə bölüb, incə-incə doğranır
  • 4 diş sarımsaq, xırda doğranır
  • Bir cimdik döyülmüş zirə (vacib deyil)
  • 1 çay qaşığı (və yaxud zövqə görə) paprika
  • 3 xörək qaşığ (və yaxud zövqə görə)zeytun yağı
  • Təzə sıxılmış 1 limonun şirəsi
  • Bir qədər doğranmış cəfəri
  • Bir qədər doğranmış keşniş
  • 120 qram ovulmuş keçi pendiri yaxud hər hansı növ ağ pendir (vacib deyil)
  • Zövqə görə duz, döyülmüş qara istiot

Hazırlanması

  1. Orijinal reseptdə 1 xörək qaşığı döyülmüş zirənin qatılması da qeyd olunub. Siz zövqə görə istədiyiniz qədər qata bilərsiz. Yadda saxlamaq lazımdır ki, salata digər ərzaqları qatarkən noxud isti olmalıdır. Belə olan halda noxud bütün təamları özünə yaxşı çəkir. Suda isladılmış noxudlar süzülür, dərin qazana tökülür. Üzərinə çıxanadək su əlavə edilib qaynamağa qoyulur. Orta dərəcəli odda, noxudlar yumşalana qədər təxminən 45 dəqiqə qaynadılır. Diqqət yetirmək lazımdır ki, noxudlar əzilməsin. Bişmiş noxudların suyu süzülür, qabıqları ovuşdurularaq çıxarılır.
  2. İsti noxudlar bir qaba töküb, üzərinə doğranmış soğan, sarımsaq, zirə, paprika, zeytun yağı və limon şirəsi əlavə edilir və yaxşıca qarışdırılır.
  3. Zövqə görə duz, istiot qatılır, doğranmış göyərtinin çox hissəsi əlavə olunur. Əgər istifadə olunacaqsa salatın üzərinə pendir ovulub tökülür və göyərtinin qalan hissəsi səpilir. Hazır salat isti halda çorəklə birgə süfrəyə verilir.
  4. Mərakeş mətbəxi çox gözəldir. Burada heç vaxt Mərakeşli tərəfindən hazırlanan xörəklərinin dadına baxmayan birindən bunu eşitmək bir qədər qəribə gələ bilər, amma bu belədir. Lakin bu ölkənin mətbəxi haqqında o qədər kitab ve resept oxumuşam ki, iddiamda yanılmadığımı düşünürəm.

Hakkında:  Mərakeş xörəkləri demək olar ki, rəngli, ədvalı, qeyri-adi təamların qarışığından ibarət, şirin və turş, parlaq və dadlı olur. Dadlı noxud salatı Mərakeş xörəkləri arasında yer alır.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10