Limonlu və yoqurtlu panakota

Limonlu və yoqurtlu panakota

Ərzaqlar

  • 20 və ya 30%-li 250 qram qaymaq

     

  • 130-150 qram şəkər tozu

     

  • 1 paket vanel

     

  • 14 qram jelatin

     

  • 180 qram süd

     

  • 240 qram yoqurt

     

  • Sürtgəcdən keçirilmiş limon qabığı

Hazırlanması

  1. Südü qaba töküb üstünə jelatin əlavə edirik.
  2. Jelatin tam şişənə qədər 15 dəqiqə gözləyirik.
  3. Sonra mikrodalğalı sobada 15 saniyə tam jelatin həll olana qədər qızdırırıq.

     

  4. Ayrıca qabda qaymağa şəkər və vanel əlavə edib qarışdıra-qarışdıra qaynar vəziyyətə çatdırırıq.
  5. Qaynatmaq olmaz.
  6. Qaymaqla süd məhlullarını qarışdırırıq.
  7. Yoqurt  və sürtgəcdən keçirilmiş limon qabığının yarısını (qalan yarısı bəzək üçün) üzərinə əlavə edirik.
  8. Hazırladığımız məhlulu forma və ya stəkanlara töküb ən azı 2 saat soyuducuda saxlayırıq.
  9. Panakota süfrəyə tam soyuq, üzərinə nanə və sürtgəcdən keçirilmiş limon qabığı ilə verilir.

Nuş olsun!

limonlu və yoqurtlu panakota yoqurtlu və meyvəli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10