Limonlu kremli şokoladlı tort

Limonlu kremli şokoladlı tort

Ərzaqlar

  • Xəmir üçün:

     

  • 130 qram kərə yağı

     

  • 3 yumurta

     

  • 1 paket qabartma tozu

     

  • 1 su stəkanı un

     

  • 1 su stəkanı şəkər

     

  • 3 çay qaşığı kakao

     

  • Krem üçün:

     

  • 2 su stəkanı süd

     

  • 2 xörək qaşığı mannı yarması

     

  • 1 ədəd limon

     

  • 1 su stəkanı şəkər tozu

     

  • 250 qram yumşaldılmış kərə yağı

     

  • Şokaladlı qlazur üçün:

     

  • 1/2 su stəkanı şəkər

     

  • 2 xörək qaşığı kakao

     

  • 3 xörək qaşığı süd

     

  • 30 qram kərə yağı

     

  • 1/2  çay qaşığı vanil

Hazırlanması

  1. Limonlu kremli şokoladlı tortun hazırlanması üçün əvvəlcədən yumşaldılmış kərə yağı ilə şəkəri mikser ilə qarışdırın.
  2. Yumurtaları əlavə edib yenidən mikser ilə qarışdırın. Sonra unu, kakaonu və  qabartma tozunu əlavə edin.
  3. Xəmir xama kimi olacaq.

     

  4. Soba qabını yağlayıb soba kağızı kağızı qoyun. Alınmış məhlulu 180 dərəcədə 20-30 dəqiqə sobada bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

     

  5. Kremin haırlanması:

     

  6. Südü qaynadın.
  7. Üzərinə mannı yarmasını əlavə edib 3-5 dəqiqə bişirin.
  8. Kənara qoyub soyudun.
  9. Soyuduqdan sonra sürtgəcdən keçirilmiş limonu əlavə edib qarışdırın.

     

  10. Yağ və şəkər tozunu mikser ilə şişənə qədər çalın.
  11. Sonra yavaş-yavaş xörək qaşığı ilə hazırladığınız mannılı limonnu  məhlulu üzərinə əlavə edin.
  12. Krem hazırdır.

     

  13. Bişirdiyiniz xəmiri iki hissəyə bölün.
  14. keksin arasına krem çəkərək üst-üstə yığın.

     

     

  15. Qlazurun hazırlanması:

     

  16. Böyük olmayan qaba şəkər, vanil, kakao və  südü əlavə edib odda qaynayana qədər qarışdıraraq bişirin. Soyudun.
  17. Sonra kərə yağını əlavə edib mikser ilə qarışdırın.
  18. Şokoladlı qlazur hazırdır.
  19. Hazırladığınız tortun üzərinə qlazuru əlavə edin.

Nuş olsun!

Limonlu kremli şokoladlı tort şirniyyatı həm meyvə, həm də şokolad sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10