
Limonlı-Keks
Limonlu Keks
Ərzaqlar
- 250 qr marqarin
- 1 stəkan şəkər
- 1 1/2 stəkan un
- 1/2 qəhvə qaşığı duz
- 3 ədəd yumurta
- 3 çay qaşığı qabartma tozu
- 2 qəhvə qaşığı vanil
- 1 ədəd limon qabığının rəndəsi
Hazırlanması
- Marqarin, şəkər və duzu köpük olana qədər qatışdırın.
- Yumurtaları tək-tək qataraq yedirin.
- Un, qabartma tozu, vanil və limon qabığını rəndələyərək əlavə edib qaşıqla qarışdırın.
- Keks qabını yağlayın. Qarışığı tökərək qızdırılmış sobada 45 dəqiqə bişirin.Qeyd: Qarışığı qaba tökmədən əvvəl 1 stəkan quru üzüm, 1 stəkan çəkilmiş fındıq, 1 stəkan çəkilmiş badam, 1 stəkan çəkilmiş qoz əlavə edə bilərsiniz.
Nuş Olsun!
Ora yazmisiz ki 11/2 5 st undu??yoxsa 1 st yarim undu
Un 11/2 st yazilib.onu deqiq deyerdizde