Limonlu bize cheesecake

Limonlu bize cheesecake

Ərzaqlar

  • 400 gr peçenye
  • 130 gr  (1/2 su stəkanı + 1 yemek qaşığı) ərimiş kərəyağ
  • 540 gr (1 su stəkanı  + 1/4 su stəkanı) labne pendiri (otaq temperaturunda)
  • 150 gr (3/4 su stəkanı) şəkər tozu
  • 3 ədəd yumurta
  • 200 ml (1 kiçik qutu) krem (otaq temperaturunda)
  • 1 yemək qaşığı vanil
  • 1 limonun rəndələnmiş qabığı və suyu
  • 4 yumurta ağı (otaq temperaturunda)
  • 120 gr (1/2 su stəkanı + 1 yemək qaşığı) şəkər tozu

Hazırlanması

  1.  Sobanızı 160 dərəcədə isitməyə başlayın.Qəlibin yanlarını və dibini biraz duru yağlayın və dibinə dairəvi kəsdiyiniz yağlı kağızı yapışdırın.
  2.  Peçenyeləri toz halına gələnə qədər xırdalayın.

     

  3.  Bir qaba peçenyeləri qoyub içinə ərimiş kərəyağını qoyun qarışdırın ərzaqları peçenyelərə yedirin.
  4.  Qəlibimizə tökün və kənarlarına və dibinə bərabər şəkildə qaşıq ilə və ya əlinizlə yayın.
  5.  Labne pendirini mikserle çırptıqdan sonra yavaş yavaş əvvəlcə yumurtaları, sonra kremi, limon suyu və qabıqları, krem, vanil və şəkər tozunu əlavə edin. Sadəcə qarışana qədər çırpın.
  6.  Peçenyenin üzərinə bu qarışımı tökün.
  7.  Yumurta ağlarını bir qabda köpük olana qədər çırpın. Şəkər tozunu əlavə edərək bir yandan çırpmağa davam edin.Yumurta ağı qabaranadək çırpın, qəlibimizin üzərinə tökün və qaşıqla kənarlarına daşırmadan yayın.
  8.  Sobada 1 saat bişirin. Sonra sobanı söndürün və soba qapağının arasına 1  taxta qaşıq qoyun və cheesecake tamam soyuyana qədər sobada saxlayın

     

  9.  Soğuduqdan sonra soyuducuya qoyun və sonra servis edə bilərsiniz.

Nuş olsun!

Limonlu bize cheesecake asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10