
limonlu adana şorbasi
Limonlu Adana Şorbası
Ərzaqlar
- 250 q qiymə
- 250 q makaron
- 150 q noxud
- 6 diş sarımsaq
- 1 limonun suyu
- 150 q kərə yağı
- bulyon və ya su
- duz
- istiot
- qırmızı pul istiot və quru nanə
Hazırlanması
- Noxudu axşamdan yuyub isladın, sabahı gün 2 litr suda bişirin. Bişənə yaxın makaron əlavə edib qaynatmağa davam edin. Sürtgəcdən keçirilmiş 1 baş soğan, qiymə, duz, istiotu qarışdırıb noxud boyda küftələr düzəldin. Bunları 100 q yağda bişirdikdən sonra qazandakı noxud və makaronun üzərinə əlavə edin. 1 st. limon şirəsi töküb bir buğum qaynadın. 1 ç.q. qırmızı istiot, 1 ç.q. nanə, duz və qara istiotu 50 q yağda qızarıb şorbaya qatın.
Nuş olsun!
Hakkında: Adındanda göründüyü kimi, bu şorba Türk mətbəxinin Adana bölgəsinə aiddir.
ən son şərh