
Küncütlü Badımcan Halqaları
Küncütlü Badımcan Halqaları
Ərzaqlar
- 250gr təmizlənmiş fənər balığı
- 1 diş sarımsaq ( əzilmiş )
- fındıq böyüklüyündə rəndələnilmiş təzə zəncəfil
- 1/ 4 çay qaşığı qırmızı şirin bibər
- 1 çimdik cirə
- duz
- qara bibər
- 2 xörək qaşığı zeytun yağı
- Badımcanlar üçün
- 2 badımcan
- 4 xörək qaşığı soya sousu
- 4 xörək qaşığı zeytun yağı
- 1 xörək qaşığı susam yağı
- 50gr çörək qırıntıları
- 25gr küncüt
- 1 yumurta
Hazırlanması
- Fənər balıqlarını iri kublar halında doğrayın.
- Bütün ədviyyatları qarışdırıb, balıqları bu qarışıqda 1 saat saxlayın.
- Badımcanlar: bir qaba soya sousu və yağları qoyun, dilimlənmiş badımcanlar bu qarışıqda saxlayın.
- Çörək qırıntıları və küncütü bir qabda qarışdırın.
- Soya souslu badımcanları əvvəl çırpılmış yumurtaya sonra isə küncütlü qarışığa batırıb, qızardın.
- Balıq: Tavanı istilədin, bir az yağ əlavə edin. Balıqları tək-tək tavaya qoyun və qızardın. 10 dəqiqə bişirin.
- İstəsəniz yanına dörd hissəyə bölünmüş pomidorları, 1 diş əzilmiş sarımsaq, limon suyu və zeytun yağı ilə qarışdırın, doğranmış cəfəri isə üzərinə səpərək süfrəyə təqdim edə bilərsiniz .
Hakkında: Bişirilməsi asan olmasada çox ləzzətli yeməklərdən sayılır.
ən son şərh