Kremli, çiyələkli tartalet

Kremli, çiyələkli tartalet

Ərzaqlar

  • 150 qram kərə yağı

     

  • 280 qram un

     

  • 100 qram şəkər tozu

     

  • 1 yumurta

     

  • 1 çimdik duz

     

  • 1paket vanil

     

  • 280 qram un

     

  • Iç üçün:

     

  • 200 qram süd

     

  • 50 qr şəkər

     

  • 25 qram un

     

  • 3 yumurta sarısı

     

  • çiyələk meyvəsi

Hazırlanması

  1. Kərə yağını mikserlə çalın.
  2. Şəkər tozu və vanilin yarısını əlavə edin.
  3. 1 yumurta əlavə edib yenidən çalın.
  4. 280 qram un əlavə edin və xəmiri əllə yöğurun.
  5. Bərk yağlı xəmir alınmalıdır.
  6. Sonra onu qida kağızına büküb 30 dəqiqə soyuducuda saxlayın.
  7. Tart formalarını yağlayın.
  8. Xəmirdən balaca kündələr kəsib formanın içinə elə yerləşdirin ki, divarları tamamilə tutulsun.
  9. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə qızılı rəng alana qədər bişirin.
  10. Içi hazırlamaq üçün yumurta sarısı şəkər və vanili mikserlə çalın.
  11. Südü əlavə edib qarışdırmağa davam edin.
  12. Sonra bu qarışığı aşağı odda qaynayana qədər qarışdırın və 25 qram un əlavə edin.
  13. Kreminiz hazırdır.
  14. Soyuduqdan sonra tartların içini kremlə doldurun.
  15. Üzərinə bəzək üçün doğranmış çiyələk qoyun.

Nuş olsun!

Kremli, çiyələkli tartalet şirniyyatı meyvəli şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10