Kremli almalı piroq

Kremli almalı piroq

Ərzaqlar

  • 400 qram şəkər 
  • 1 kq alma 
  • 200 qram kərə yağı 
  • 5 yumurta 
  • 2 çay q. qabartma tozu 
  • 650 qram un 
  • 500 qram xama

Hazırlanması

  1. Kərə yağı 200 qram şəkər və  yumurtaları qarışdırın.
  2. Qabartma tozunu una qatıb qarışığa əlavə edin.
  3. Almaları yuyun, qabığını təmizləyin və tumlarını çıxardın.
  4. Nazik dilimlər formasında doğrayın.
  5. Soba qabını yağlayın və ya yağlı kağız qoyun.
  6. Xəmirin 2/3 hissəsəini qaba yayın.
  7. Üzərinə almaları düzün.
  8. Qalan xəmirdən hörüklər düzəldib piroqun üstünə düzün.
  9. Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30-35 dəqiqə bişirin.
  10. Krem hazırlamaq üçün xamanı 200 qram şəkər ilə çalın.
  11. Piroq bişdikdə isti-isti üstünə krem tökün.
  12. Soyuduqdan sonra hissələrə bölə bilərsiniz.

Nuş olsun!

Kremli almalı piroq şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10