Krem şantili qarışıq qurabiyə

Krem şantili qarışıq qurabiyə

Ərzaqlar

  • 1 paket krem şanti 
  • 1 çay fincanı duru yağ 
  • 1 yemək qaşığı şəkər 
  • 1 paket vanil 
  • 1 çay qaşığı qabartma tozu 
  • Aldığı qədər un 
  • Əlavə olaraq: 
  • 1 yemək qaşığı kakao 
  • 3 yemək qaşığı tahin 
  • Üzəri üçün: 
  • Şəkər və kokos

Hazırlanması

  1. Krem şanti duru yağ və şəkəri mikserlə qarışdırırıq.
  2. Qabartma tozu vanil və unu əlavə edərək yumşaq bir xəmir əldə edək.
  3. Unu yavaş yavaş əlavə edək.
  4. Xəmiri tam olaraq unu əlavə etmədən xəmiri ikiyə ayırıb birinə kakaonu əlavə edib unu qatıb yoğururuq.
  5. Kənara qoyaq.
  6. Qalan digər xəmirə də tahini əlavə edib eyni şəkildə yoğurma prosesi bitəndə kənara qoyaq.
  7. 15 – 20 dəqiqə.
  8. Sonra xəmirdən qoz böyüklüyündə hissələr götürüb forma verib şəkərə ya da kokosa batıraq.
  9. 180° dərəcədə pişirək.

Nuş olsun!

Krem şantili qarışıq qurabiyə asan hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10