Kövrək alma şirniyyatı

Kövrək alma şirniyyatı

Ərzaqlar

  • 1 kq turş alma

     

  • 125 qram şəkər

     

  • 2 çay q. darçın

     

  • 250 qram un

     

  • 1 çimdik duz

     

  • 175 qram pivə

     

  • duru yağ

Hazırlanması

  1. Şəkəri darçın ilə qarışdırın.
  2. Almaları yuyub, tumlarını çıxardıb,  qabığını soyun.
  3. Təxminən  1,5 sm qalınlıqlı  halqa formasında doğrayın.
  4. Darçınlı şəkəri almaların üstünə səpib 30 dəqiqə saxlayın.

     

  5. Unu duzla qarışdırıb pivəni əlavə edin.
  6. Tavaya duru yağ töküb  oda qoyun.
  7. Yağ yaxşı qızanda almaları hər tərəfinə hopmaq şərti ilə pivəli qarışıqda fırladıb yağda qızardın.

     

  8. Qızarmış almaları süzgəcə yığın ki, yağı süzülsün və soyusun.
  9. Soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!

Kövrək alma şirniyyatı həm meyvə, həm də şirniyyat sevənlərin seçimidir.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10