Köstəbək tort

Köstəbək tort

Ərzaqlar

  • 4 ədəd yumurta

     

  • 2 ədəd qabartma tozu

     

  • 1 ədəd vanil

     

  • Yarım su stəkanı duru yağ

     

  • 1,5 su stəkanı süd

     

  • 1 su stəkanı şəkər tozu

     

  • 2 su stəkanı un

     

  • 2 yemək qaşığı kakao

     

  • 5 adet banan

     

  • Yarım kilo çiyələk

     

  • 1 qutu toz krem şanti

     

  • Muhallebisi üçün;

     

  • 3 su stəkanı süd

     

  • 3 yemək qaşığı un

     

  • 3 yemək qaşığı şəkər tozu

     

  • 1 ədəd vanil

     

  • 1 yemək qaşığı marqarin

Hazırlanması

  1. 4 ədəd yumurtayı çırpırıq ( mikser köməyi ilə də edə bilərsiniz )  şəkər tozunu da əlavə edib köpüklənənə qədər qarışdırmağa davam edirik.
  2. Duru yağ və südü əlavə etdikdən sonra bütün ərzaqların qarışdığından əmin oluruq.
  3. Daha sonra un kakao vanili və qabartma tozunu əlavə edib ərzaqların bərabər şəkildə dağılıb qarışması üçün çalırıq.
  4. 180 dərəcədə isinmiş sobamıza yağladığımız dairəvi bir qaba keksi töküb bişirməyə qoyuruq.

     

  5. Keksimiz bişərkən krem şantiyi hazırlayıb soyuducuda soyumağa qoyuruq.
  6. Bir qazana marqarin və vanil istisna olmaqla bütün ərzaqları əlavə edirik aşağı temperaturda yavaş yavaş qarışdırırıq
  7. Hazır olduqdan sonra qazı söndürüb vanili və marqarini əlavə edib marqarin əriyənə qədər qarışdırmağa davam edirik
  8. Marqarin əridikdən sonra soyumağa qoyuruq ( muhallebinin üstündə  sərtləşmiş təbəqə olmasının qarşısını almaq üçün üzərinə streç örtürük)

     

  9. Keksimiz yumşaq pandispanya keksi kimi olur soyuduqdan sonra ortasını kəsib götürürük.
  10. Bananları dilimləmədən keksin orta hissəsinə yerləşdiririk üzərinə dilimlədiyimiz çiyələkləri qoyuruq.
  11. Soyuyan muhallebini meyvələrin üzərinə bərabər şəkildə yayırıq.
  12. Muhallebinin üzərinə krem şantini tökürük.
  13. Keksin kənarlarını səliqəli şəkildə kəsərək ovuruq keksin hər yerinə səpirik.

Nuş  olsun!

Köstəbək tort dadlı və tez hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10