Körili Hinduşqa Sinəsi

Körili Hinduşqa Sinəsi

Körili Hinduşqa Sinəsi

Ərzaqlar

  • 1 ədəd soğan
  • 1 diş sarımsaq
  • 1 ədəd quru qırmızı bibər
  • 600 qr hinduşka sinəsi (və ya toyuq döş əti )
  • 2 xörək qaşığı marqarin
  • duz , istiot
  • 1 çay qaşığı köri
  • 1 su stəkanı toyuq suyu
  • 300 qr qatıq
  • 2 xörək qaşığı un
  • 1 dəstə yaşıl soğan
  • 1 ədəd qırmızı alma
  • 4 xörək qaşığı doğranmış cəfəri

Hazırlanması

  1. Soğan və sarmısağı soyub doğrayın.
  2. Qırmızı bibəri kiçik kiçik doğrayın.
  3. Kub doğranmış hinduşka ətinin əvvəl yarısını sonra digər yarısını yüksək atəşdə marqarin ilə yaxşıca qovurun.
  4. Duz istiot qatın və sonra ocaqdan götürün.
  5. Doğranmış soğan, sarımsaq və bibərləri köri ilə birlikdə hinduşkanı tavaya qoyun və yanmamasına diqqət edərək orta atəşdə qovurun.
  6. Toyuq suyunu əlavə edin.
  7. Qatığı un ilə qarışdırın və tavaya əlavə edin.
  8. Ətləri də tavaya atıb batıq atəşdə qapağı bağlı olaraq 15 dəqiqə bişirin.
  9. Təzə soğanları təmizləyib halqa şəklində doğrayın.
  10. Almanı yuyun, qabığı ilə birlikdə incə incə doğrayın, yeməyə əlavə edin.
  11. Duz, qara bibər ilə dadlandırın.
  12. Almalar bir az yumuşayınca üzərinə cəfəri səpib atəşdən alın və qaynadılmış düyü ilə birlikdə süfrəyə təqdim edin.

Hakkında:  Bişirilməsi asan olan çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10