
Körili Hinduşqa Sinəsi
Körili Hinduşqa Sinəsi
Ərzaqlar
- 1 ədəd soğan
- 1 diş sarımsaq
- 1 ədəd quru qırmızı bibər
- 600 qr hinduşka sinəsi (və ya toyuq döş əti )
- 2 xörək qaşığı marqarin
- duz , istiot
- 1 çay qaşığı köri
- 1 su stəkanı toyuq suyu
- 300 qr qatıq
- 2 xörək qaşığı un
- 1 dəstə yaşıl soğan
- 1 ədəd qırmızı alma
- 4 xörək qaşığı doğranmış cəfəri
Hazırlanması
- Soğan və sarmısağı soyub doğrayın.
- Qırmızı bibəri kiçik kiçik doğrayın.
- Kub doğranmış hinduşka ətinin əvvəl yarısını sonra digər yarısını yüksək atəşdə marqarin ilə yaxşıca qovurun.
- Duz istiot qatın və sonra ocaqdan götürün.
- Doğranmış soğan, sarımsaq və bibərləri köri ilə birlikdə hinduşkanı tavaya qoyun və yanmamasına diqqət edərək orta atəşdə qovurun.
- Toyuq suyunu əlavə edin.
- Qatığı un ilə qarışdırın və tavaya əlavə edin.
- Ətləri də tavaya atıb batıq atəşdə qapağı bağlı olaraq 15 dəqiqə bişirin.
- Təzə soğanları təmizləyib halqa şəklində doğrayın.
- Almanı yuyun, qabığı ilə birlikdə incə incə doğrayın, yeməyə əlavə edin.
- Duz, qara bibər ilə dadlandırın.
- Almalar bir az yumuşayınca üzərinə cəfəri səpib atəşdən alın və qaynadılmış düyü ilə birlikdə süfrəyə təqdim edin.
Hakkında: Bişirilməsi asan olan çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!
ən son şərh