
Köri Souslu Toyuq
Köri Souslu Toyuq
Ərzaqlar
- 1 xörək qaşığı zeytunyağı
- acı yaşıl bibər
- 3 diş döyülmüş sarımsaq
- 400 qram xırda doğranmış yağsız toyuq əti
- 2 xörək qaşığı köri
- 1 xörək qaşığı acı qırmızı bibər
- 1 kasa xardal dənələri və duzÜzəri üçün:
- yarım kasa qaynadılmış düyü
- 2 xörək qaşığı təzə keşniş
Hazırlanması
- Tavaya 1 xörək qaşığı zeytunyağını tökün.
- Kiçik doğranmış acı yaşıl bibəri və 3 diş döyülmüş sarımsağı əlavə edin.
- Orta dərəcəli odda təxminən 10 dəqiqə taxta qaşıqla davamlı çevirərək, qaynadın.
- İstiliyi bir az artırdıqdan sonra doğranmış toyuğu əlavə edin.
- Bişənə qədər davamlı çevirin.
- 2 xörək qaşığı köri və bir çimdik acı qırmızı bibəri əlavə edin.
- Çox az duz və bir kasa xardal dənələrini əlavə edin.
- Bir neçə dəqiqə bişirdikdən sonra qaba qoyun.
- Üzərinə qaynadılmış düyü və incə doğranmış təzə keşniş səpərək, süfrəyə təqdim edin.
Hakkında: Bişirilməsi asan olan çox ləzzətli yeməklərdən sayılır. Nuş Olsun!
ən son şərh