Kokoslu Batonlar

Kokoslu Batonlar

Kokoslu Batonlar

Ərzaqlar

  • 3 yumurtanın ağı
  •  300 q şəkər tozu
  •  1 ç.q. limon sedrası
  •  2 x.q. qarğıdalı unu
  •  280 q kokos yonqarı
  •  60 q tünd şokolad

Hazırlanması

  1. Sobanı 160 dərəcə qızdırın. İki sinini yağlayıb içinə perqament döşəyin.
  2. Yumurta ağını quru kasaya töküb mikserlə möhkəm çalın. Az-az şəkər tozu əlavə edin.
  3. Şəkər tozu əriyənədək, möhkəm, qatı, parıldayan kütlə alınanadək çalın. Limon sedrası əlavə edin (sedra əvəzinə 2-3 damcı -limon şirəsi götürə bilərsiniz).
  4. Bu qarışığı daha böyük qaba tökün, ələnmiş qarğıdalı unu, kokos yonqarı (üzərinə səpmək üçün 2 x.q. qaşığı qədər saxlayın) əlavə edib qaşıqla qarışdırın.
  5. Bu qarışıqdan 1-2 qaşıq götürüb bir-birindən 3 sm aralı olmaqla hazırladığınız sinilərə düzün.
  6. Qalan kokos yonqarını üstünə səpin. Sobada 15-20 dəqiqə, qızılı rəng alanadək bişirin.
  7. Şəbəkənin üstünə düzüb soyudun.
  8. Elə belə də yemək olar. Ancaq şokolad sevənlər daha da irəli gedə bilərlər.
  9. Şokoladı su hamamında əridin. Hər batonu şokolada batırıb, yenidən şəbəkənin üstünə düzün. Quruyandan sonra süfrəyə verin.

Nuş olsun!

Hakkında: Asan və yüngül şirniyyatlardandır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10