Köklü Tort

Köklü Tort

Köklü Tort

Ərzaqlar

  • 1 kg kök
  • 1 stəkan şəkər
  • 1 stəkan su
  • 1 paket pitibör biskvit
  • 1 çay stəkanı döyülmüş qoz
  • 1 paket vanil
  • 1 paket kakaolu pudinq
  • 50 qr marqarin
  • qoz

Hazırlanması

  1. Əvvəl bir kg kökü rəndələyərək qazana qoyun.
  2. Şəkər və su əlavə edərək orta atəşdə suyunu çəkənə qədər bişirin.
  3. Ocaqdan götürüb içinə marqarin qoyub əridib yaxşıca qarışdırın.
  4. Biskvitləri qıraraq içinə qoyun, üzərinə qoz və vanil əlavə edin.
  5. Dərin bir kasaya qoyub, soyuducuya qoyun ən az 4 saat gözlədərək soyuducudan çıxarın və boşqaba qoyun.
  6. Kakaolu pudingi istəyə görə su və ya südlə bişirib bir az soyudub şirniyatın üzərinə tökün.
  7. Qoz ilə bəzələyərək birneçə dəqiqə soyuducuda saxlayın. Nuş olsun!

Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10