Köhnə reseptlə Praqa totu

Köhnə reseptlə Praqa totu

Ərzaqlar

  • 1,5 su stəkanı un

     

  • 2 su stəkanı şəkər

     

  • 6 xörək q. 20%-li xama

     

  • 6 xörək q. bişmiş süd

     

  • 1 paket qabartma tozu

     

  • 7 xörək q. kakao

     

  • 300 qram kərə yağı

     

  • 0,6  litr süd

     

  • 4 xörək q. mannı yarması

     

  • 1 paket vanil

     

  • 25 dənə qoz ləpəsi

     

  • 2 yumurta

Hazırlanması

  1. Yumurta və 1 su stəkanı şəkəri mikserlə çalın.
  2. Üzərinə bişmiş süd, 4 xörək q. kakao və qabartma tozu ilə  qarışdırılmış unu əavə edin.
  3. Alınmış kütləni 2 hissəyə bölün.
  4. Soba qabına (yumru formada) yağlı kağız qoyun.
  5. Əvvəlcədən isidilmiş 130-140 dərəcəli sopbada 30-40 dəqiqə bişirin.
  6. Diş çöpü ilə xəmirin bişib-bişmədiyini yoxlayın.
  7. Kremi hazırlayın.
  8. 3-4 xörək q. mannı yarması, 05, litr süd və yarım stəkan şəkər ilə birlikdə odda sıyıq böşirin. Sıyıq qatı olmalıdır.
  9. Soyuducuya qoyub soyumasını gözləyin.
  10. 200 qram kərə yağını vanillə çalın, üzərinə sıyığı hissə-hissə töküb çalmağa davam edin.
  11. Kreminiz hazırdır.
  12. Korjları 2 hissəyə bölün və hər korja krem çəkin və kremin üstünə doğranmış qoz ləpəsi səpin.
  13. Üst qata krem çəkməyin.
  14. Qlazur hazırlamaq üçün bir qabda 100 qram kərə yağına 8 xörək q. şəkər, 2 xörək q. süd və 2 xörək q. kakao ilə qarışdırın və 5 dəqiqə odda bişirin.
  15. Isti halda tortun üstünə tökün.

Nuş olsun!

Köhnə reseptlə Praqa totu çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10