
Kofeli qara gavalılı piroq
Ərzaqlar
- 250 qram un
- 1 çay qaşığı çay sodası
- 200 qram tünd kofe
- 100-150 qram şəkər
- 2 xörək qaşığı bal
- 200 qram qara gavalı
- 1 çimdik duz
- 1 çimdik üyüdülmüş darçın
- 1 çimdik üyüdülmüş zəncəfil
Hazırlanması
- Sobanı 180 dərəcə qızdırın.
- Tünd kofe dəmləyin.
- Ona şəkər və balı əlavə edib şəkər həll olana qədər qarışdırın və soyumağını gözləyin.
- Qara gavalıları 4 yerə bölün (əgər böyükdürlərsə 6 yerə də bölmək olar).
- Hər hansı bir qabda unu, duzu, çay sodasını, darçın və zəncəfili qarışdırın.
- Kofeni üzərinə əlavə edib qarışdırın.
- Xəmir xama kimi alınmalıdır.
- Doğranmış qara gavalıları xəmirə əlavə edib yenə də qarışdırın.
- Alınmış qarışığı əvvəlcədən yağlanmış soba qabına tökün.
- Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 20 dəqiqə bişirin.
- Xəmirin bişməyini kibrit çöpü ilə yoxlayın.
- Soyuduqda üzərinə şəkər tozu səpə bilərsiniz.
Nuş olsun!
Kofeli qara gavalılı kofe dadında şirrniyyatdır.
ən son şərh