Kofeli, qara gavalılı bize tortu

Kofeli, qara gavalılı bize tortu

Ərzaqlar

  • 1 xörək q. qarğıdalı və ya kartof nişastası 
  • 50 qram tumsuz quru xurma 
  • 50 qram tumsuz qara gavalı qurusu 
  • 50 qram qoz 
  • 1 xörək q. kakao tozu 
  • 1 çay q. alma sirkəsi 
  • 220 qram şəkər 
  • 5 yumurta ağı 
  • Krem: 
  • 150 qram kərə yağı 
  • 100 qram şəkər tozu 
  • 2 xörək q. dəmlənmiş kofe 
  • 3 xörək q. konyak

Hazırlanması

  1. Qoz, xurma qurusu və qara gavalını xırda ölçüdə doğrayın.
  2. Yumurta ağını sirkə ilə bir qabda mikserlə yaxşı çalın.
  3. Hissə-hissə şəkər əlavə edərək çalmağa davam edin.
  4. Kakao tozu, nişasta, qoz və doğranmış quru meyvələri  beze xəmrinə əlavə edin.
  5. Soba qabına yağlı kağız qoyun  və beze xəmirini iki hissəyə bölün, əvvəlcədən isidilmiş 180 dərəcəli sobada  140 dərəcə temperaturda  1 saat bişirin. 
  6. Kremi hazırlamaq üçün qeyd olunmuş ərzaqları mikserlə çalın.
  7. Soyumuş korjun üzərinə krem çəkin, digərini üzərinə qoyun və əlinizlə yavaşca bizeni bərkidin.
  8. Krem ancaq korjların ortasına çəkilir.
  9. 1-2 saat soyuducuda saxlayın.

Nuş olsun!

Kofeli, qara gavalılı bize tortu çətin hazırlanan şirniyyatdır.

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10