Kiyev kotleti

Kiyev kotleti

Kiyev kotleti

Ərzaqlar

  • toyuqun döş əti -2 əd
  • kərə yağı -40 q
  • sarımsaq, şüyüd, duz
  • yumurta -2 əd
  • suxarı qızartma üçün
  • bitki yağı

Hazırlanması

  1. Yumşaq kərə yağı doğranmış sarımsaq, şüyüd və duzla qarışdırılır.
  2. Kiçik uzunsov formada içliklər hazırlayırıq və soyuducda buz dolabında dondururuq.
  3. Toyuqun döş əti yuyulur, dərisi çıxarılır və əti sümükdən ayrılır.
  4. Toyuqun iki döş ətindən 4 kiev kotleti hazırlamaq olar.
  5. Toyuq filesi mətbəx çəkiciylə döyülür və arasına əvvəlcədən dondurulmuş yağ bükülür.
  6. Hazır kotletlər yumurtaya sonra suxarıya, yenə yumurtaya və sonra suxarıya bulanaraq 7-8 dəqiqə ərzində frityurda bişirilir.
  7. Frityur əvəzinə dərin tava və bitki yağından istifadə etmək olar.

Hakkında:  Adındanda göründüyü kimi bu xörək Ukrayna mətbəxinə aiddir. Nuş Olsun!

 

Xahiş edirik bu resepti şərh edin. Şərhləriniz bizim üçün çox əhəmiyyətlidir.

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10