Kivili zefirli meyvəli tort

Ərzaqlar

  • Tərkibi:
  • 400 qram peçenye
  • 200 qram kərə yağı
  • 660 qram xama
  • 6 ədəd kivi
  • 1 limon
  • ½ su stəkanı şəkər
  • 6 ədəd zefir (300 qram)
  • 2 banan
  • 50 qram jelatin

Hazırlanması

  1. Peçenye və yağı blendrlə xırdalayın.
  2. 25 sm ölçüdə dairə formasında qaba perqament kağız qoyun.
  3. Yağlı peçenye ovuntusunu qaba elə yayın ki, qabın yanların da örtsün.
  4. Bananları halda formasında doğrayıb peçenyenin üsdünə düzün. Limonun qabığın sürtgəcdən keçirdib bananın üsdünə səpin.
  5. 5 dənə kivini kub formasında doğrayıb bir qazana yığın. Üsdünə şəkərəlavə edin və limonun şirəsin sıxın. Qazda 3 dəqiqə saxlayıb kənara qoyun.
  6. Kivinin üzərinə xama və zefiri kub formasında doğrayıb əlavə edin.
  7. Jelatini az su ilə isladıb mikrodalğalı sobada və ya aşağı temperatur qazda əriməyin gözləyin.
  8. Jelatini kiviyə qatıb qarışdırın və bananların üsdünə əlavə edin.
  9. Hazır tortu 30-40 dəqiqə soyuducuda buz dolabında saxlayın.
  10. Üsdünü kivi ilə bəzəyin.

Nuş Olsun!

 

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

 
 
 
 
Content Protection by DMCA.com ILK-10